Çinin şəhərində lokdaun tətbiq edilib

Çinin şəhərində lokdaun tətbiq edilib
  07 Fevral 2022    Oxunub:1191
Çinin Bayse şəhərinin hakimiyyət orqanları koronavirusla əlaqədar təcrid rejimi tətbiq olunduğunu elan ediblər.
AzVision.az xarici KİV-ə istinadla xəbər verir ki, təxminən 3,6 milyon əhalisi olan şəhərdə “omikron” ştamına yoluxma aşkarlanıb. Artıq sakinlər evlərində qalmalıdır və yalnız zəruri hallarda evdən bayıra çıxa bilərlər. Məktəblərdə dərslər dayandırılıb.

Bütün səfərlərə qadağa qoyulub, regiondakı beynəlxalq sərhədlər bağlanıb. Həyat əhəmiyyətli xidmət sahələrinin işçiləri şəhərdə yalnız xüsusi buraxılış vəsiqəsi ilə hərəkət edə bilərlər.

AzVision.az


Teqlər: Çin  



Xəbər lenti