İraq parlamenti prezident seçkisini təxirə saldı

İraq parlamenti prezident seçkisini təxirə saldı
  07 Fevral 2022    Oxunub:1137
İraqın yeni çağırış Nümayəndələr Şurası (parlament) bazar ertəsi günü keçirilməli olan prezident seçkisini kvorum olmaması səbəbindən təxirə salıb.
AzVision.az "Sky News Arabia" telekanalına istinadla xəbər verir ki, Şuranın iclası qeyri-müəyyən vaxta keçirilib.

Qanunvericilər dövlət başçısı postuna onlar tərəfindən təqdim olunan namizədlərə səs verməli idi. Lakin aparıcı bloklar hələ ötən həftə bildirmişdilər ki, iclası boykot edəcəklər. Nəticədə deputatlar lazım gələn üçdəiki səsi toplaya bilməyiblər.

Telekanalın məlumatına görə, iclasda 329 parlamentaridən yalnız 58-i iştirak edib.

AzVision.az



Teqlər: İraq  



Xəbər lenti