Ərdoğan Azərbaycana səfər edəcək

 Ərdoğan Azərbaycana səfər edəcək
  07 Fevral 2022    Oxunub:1275
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının başqanı professor Hasan Mandalı deyib.

Məlumata görə, Ərdoğan Bakıda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının açılışında iştirak edəcək. Festival mayın 26-dan 29-dək keçiriləcək.

Səfər çərçivəsində iki ölkə rəhbərliyi arasında görüş də planlaşdırılır.

AzVision.az



Teqlər: Ərdoğan   Səfər  



Xəbər lenti