NATO-nun şərq cinahı müharibəyə hazırdır

   NATO-nun şərq cinahı müharibəyə hazırdır
  07 Fevral 2022    Oxunub:1613
“Biz Avropada əlavə qüvvələr yerləşdirmişik və NATO-nun şərq cinahını gücləndirmək üçün digər birlikləri yüksək hazırlıq vəziyyətinə gətirmişik”.
AzVision.az -ın məlumatına görə, bu barədə mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, ABŞ administrasiyası Ukraynaya hərbi yardımı artırmaq üçün ABŞ Konqresi və xarici müttəfiqləri ilə fəal işləyir. O xatırladıb ki, Vaşinqton keçən il Kiyevə 650 milyon ABŞ dolları həcmində hərbi yardım edib.

AzVision.az


Teqlər: NATO  



Xəbər lenti