İbrahim Kalın Putinin Türkiyəyə səfərindən danışıb

İbrahim Kalın Putinin Türkiyəyə səfərindən danışıb
  08 Fevral 2022    Oxunub:938
"Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi yaxın günlərdə məlum ola bilər".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə liderinin sözçüsü İbrahim Kalın deyib.

"Prezidentimizin Rusiya və Ukrayna liderləri arasında görüş təklifi kritik əhəmiyyət kəsb edir. Ukrayna bu təklifə müsbət yanaşır. Rusiya da müsbət cavab versə, o zaman görüş baş tutacaq. Cənab Putin Türkiyəyə səfər edəcək, tarix yaxın günlərdə açıqlanacaq", - Kalın əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Vladimir Putini və Volodimir Zelenskini ölkəsinə səfərə dəvət edib. Onun dəvəti hər iki lider tərəfindən müsbət qarşılanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İbrahim-Kalın  



Xəbər lenti