Rusiyadan Ukraynaya raket xəbərdarlığı

Rusiyadan Ukraynaya raket xəbərdarlığı
  08 Aprel 2014    Oxunub:906
Moskvada ciddi narahatlıq keçirirlər ki, Ukrana Rusiya ordusunda olan ballistik raketlərin sirrini üçüncü tərəfə sata bilər. Söhbət Ukraynanın “Yujmaş” şirkətinin istehsal etdiyi R-36М2 "Voyevoda" raketlərindən gedir.
Bununla bağlı Rusiya XİN Rəsmi Kiyevə müraciət edib.

“Xatırlatmaq istərdik ki, Ukrayna Raket Texnologiyalarına Nəzarət Rejiminin üzvü və Ballistik Raketlərin yayılmasına qarşı Haaqa Kodeksini imzalayan ölkə olaraq ciddi siyasi məsuliyyət daşıyır. Xüsusilə də 500 kq.-dan çox yükü 300 km.-dən uzağa daşıyan ballistik raketlərin istehsalı sirrlərinin qorunması məsələsində”,- deyə Rusiya XİN-in saytında bildirilib.

Rusiya XİN Ukraynadakı indiki vəziyyətə toxunaraq qeyd edib ki, ölkədəki mürəkkəb siyasi vəziyyətə və legitim hakimiyyətin yoxluğuna baxmayaraq, onu idarə edən şəxslərin məsuliyyətli davranacağına ümid edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti