![]() |
Köçəryan Paşinyanı hədələdi: "Tezliklə cavab verəcəksiniz" |
Lukaşenko və ya başqasının ölkənizi özbaşına mühakimə etməsi sizin üçün ağrılıdırmı? Bəs Ermənistanın Qarabağa (Sülhməramlıların müvəqqəti nəzarət etdiyi Xankəndiyə-red.) getməyə belə qorxan indiki “rəhbərliyi” İrəvan haqqında fikir bildirən şəxsə nə deyəcək? Lukaşenko təbii ki, ekstravaqant açıqlamaları ilə tanınan ekssentrik fiqurdur. Məsələ bununla da bitmir, bu, düşünən erməni cəmiyyətinə yeni siqnaldır. Ermənistanın yaxın gələcəkdə yeri və rolu necə olacaq? Cəmi dörd il əvvəl iddialı olan Ermənistan suveren idi. Bu gün isə alçaldılır, gözdən salınır, talan edilir. Xarici dünya üçün lazımsız yükə, türk dünyası üçün arzu olunan dəhlizə çevrilib.
Belə vəziyyətə dözmək dövlətə qarşı cinayətdir. Ona görə də biz bu faciəni qəbul edib dözə bilmərik, bu soyqırımı hakimiyyətini çökdürənə qədər mübarizə aparacağıq. Biz o yerə çatana qədər heç kimin, o cümlədən Lukaşenkonun ölkəmiz və xalqımız haqqında belə aşağılayıcı fikirlər söyləmək ağlına gəlməyəcək.
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Solovyov Live” YouTube kanalına müsahibəsində bildirib ki, Ermənistan heç kimə lazım olmayan bir ölkəyə çevrilib. Onun sözlərinə görə, postsovet məkanının böyük hissəsinin sıx ittifaqda birləşməsi yaxın 15 ildə qaçılmazdır. Lukaşenko ölkəsinin artıq həmin ittifaqda olduğunu bildirib:
“Belarus artıq ümumi “təhlükəsizlik məkanında”dır və Qazaxıstana da “yaxşı dərs” oldu. Heç bir səhvə yol verilməsə, Ukrayna 15 il ərzində orada ola bilər. Ermənistanın getməyə yeri yoxdur. Sizcə onlar kiməsə lazımdır? Onlar bunu artıq görüblər. Azərbaycan bu qrupdan ona görə seçilir ki, biz də çoxlu səhvlərə yol vermişik. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Qaz, neft Türkiyədən keçir... Türkmənistan, Özbəkistan və Tacikistan da, zənnimcə, iqtisadi zərurətə görə qoşulacaqlar”.
Lukaşenko qeyd edib ki, Belarus Rusiyadan müstəqil ola bilməz, çünki onun enerji resurslarından və bazarından asılıdır.
Tural Tağıyev
AzVision.az