İrəvan erməni əsirləri niyə həbsə atır?

   İrəvan erməni əsirləri niyə həbsə atır?
  08 Fevral 2022    Oxunub:1002
Azərbaycanın bir neçə hərbi əsiri Ermənistana təhvil verməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb. AzVision.az xəbər verir ki, bəzi siyasətçilər və ictimai fəalar hətta ironiya ilə açıqlama verirlər ki, geri qayıdan əsirləri İrəvanda da həbs təhlükəsi gözlədiyi üçün elə Bakı türməsində qalmaqla geri qayıtmağın heç bir fərqi olmur.
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan deyir ki, erməni hərbi əsirlərin qaytarılması ilə məşğul olan xarici dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri lazımi nəzakət nümayiş etdirmələrinə baxmayaraq, o, İrəvandan oxşar addımı görmür.

Ermənistana qaytarılan hərbçilər istintaqa cəlb olunub
- Onlar hətta əsirlərin geri qaytarılması barədə məlumatı təyyarənin uçuşundan bir neçə saat əvvəl Ermənistan hakimiyyətinə məlumat verirlər. Nikol Paşinyan isə əsirlərin potensial cinayətkar elan edilməsi fərziyyəsini irəli sürür. Ermənistan hüquq-mühafizə orqanları sayəsində qaytarılan əsirlərimiz Bakıdakı həbsxana ilə Ermənistandakı arasında öz təcrübələrini müqayisə etmək imkanı əldə edirlər. "Əsir" və "cinayətkar" terminlərinin yalnız bir ümumi cəhəti ola bilər. Bu da bir cinayətkarın ucbatından(Paşinyanı nəzərdə tutur-red.) bir çox insanın ələ keçməsidir.



Xatırladaq ki, İrəvan Azərbaycanın humanizm prinsipini rəhbər tutaraq fevralın 8-də Ermənistana qaytardığı 8 hərbçi barəsində istintaq araşdırması başladıb. Bu barədə məlumat yayan yerli media əsirlərin dindirilməsi prosesinin gərgin keçməsini yazıb.

"Joğovurd" nəşrinin məlumatına görə, əvvəlki əsirlərlə bağlı həbs təcrübəsi olduğu üçün indi geri qaytarılmış ermənilərin yaxınları da oxşar tale yaşayacaqlarından qorxublar.

- Məsələ burasındadır ki, müstəntiqlər onları cinayət işinin açılması zərurəti ilə bağlı dindiriblər. Və hərbi əsirlərin qohumları qəzəblənərək səs-küy salıblar, hərbi istintaq idarəsinin binasının şüşələrini sındırıblar. Polis əməkdaşları sonda onlara mane olub. Valideynlərin tələbi belə olub ki, hüquq-mühafizə orqanları onların övladlarını sərbəst buraxsınlar.

Qəzetə daxil olan məlumata görə, dindirilmə saat 15:00 radələrində başlayıb və təxminən 7-8 saat davam edib. İndi isə sual olunur ki, repatriasiya olunan məhbuslar saxlanılacaqlar, ya yox?

- Hüquq-mühafizə orqanlarındakı mənbələrimizdən öyrəndik ki, ibtidai istintaq orqanı hələlik Ermənistana qayıdan əsirlərlə bağlı həbs tələbi irəli sürməyib. Gələcəkdə cinayət işində hansı yeni halların yaranacağını proqnozlaşdırmaq çətindir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Əsir   Ermənistan  



Xəbər lenti