Ermənistan aeroportunda 94 yaşlı Rusiya vətəndaşı ölüb

Ermənistan aeroportunda 94 yaşlı Rusiya vətəndaşı ölüb
  08 Fevral 2022    Oxunub:1238
Ermənistanda Rusiya vətəndaşı ölüb.AzVision.az xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb. Qeyd edilir ki, o, təyyarədə dünyasını dəyişib.
- Gecə saatlarında Ermənistan polisinin operativ idarəetmə mərkəzinə “Zvartnots” hava limanının aviasiya təhlükəsizliyi xidmətindən xüsusi siqnal daxil olub ki, sərnişinlərdən biri təyyarədə ölüb.

“Zvartnots” hava limanının polis bölməsinin əməkdaşları göstərilən yerə gələrək ölənin şəxsiyyətini müəyyən ediblər. Bu, Rusiya Federasiyasının 94 yaşlı vətəndaşı Yuqaber Torosyan olub.

Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib,-saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti