Kreml Putin-Zelenski görüşünə münasibətini açıqlayıb

Kreml Putin-Zelenski görüşünə münasibətini açıqlayıb
  08 Fevral 2022    Oxunub:1435
"Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə vəziyyətin “Qordi düyünü”nü kəsmək atmaq üçün hər kəslə görüşməyə hazırdır".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Zelenski ilə Vladimir Putinin görüşünə gəlincə, təbii ki, heç kim bundan imtina etmir, əgər bu görüş həqiqətən də ölkənin cənub-şərqində artıq “Qordi düyünü”nə çevrilmiş bu vəziyyəti həll etməyə kömək edirsə, Putin istənilən şəxslə görüşməyə hazırdır”, - Peskov söyləyib.

Onun sözlərinə görə, Kreml Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin hansı məsələləri müzakirə edə biləcəyini, nəticənin nə olacağını hələ başa düşmür: "Əvvəlcə başa düşmək lazımdır ki, Zelenski ilə hansı məqsədlə, hansı məsələlərin müzakirəsi üçün görüşülür və nə kimi potensial nəticə ola bilər. Bu anlayış da hələ tam formalaşmayıb".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Peskov   Görüş  



Xəbər lenti