Yeni Zelandiyada COVİD məhdudiyyətlərinə qarşı etirazlar başlayıb

Yeni Zelandiyada COVİD məhdudiyyətlərinə qarşı etirazlar başlayıb
  08 Fevral 2022    Oxunub:1383
Yeni Zellandiyada minlərlə insan parlamentin qarşısındakı küçələri bağlayaraq koronavirusla mübarizə çərçivəsində hakimiyyət tərəfindən qoyulan mövcud qaydalara və məhdudiyyətlərə etiraz edirlər.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, onlar xüsusən də məcburi vaksinasiya tələbindən narazıdırlar.

"Azadlıq üçün birlik"- şüarı altında keçirilən aksiyada iştirak üçün ölkənin bütün regionlarından etirazçılar paytaxt Vellinqtona gəliblər. Onların böyük bir qismi maskasız olub. Etirazçıların sözlərinə görə, azadlığa çağıran plakatlarla pandemiya qadağaları ləğv olunanadək paralamentin qarşısında gecələyəcəklər.

Yeni Zelandiyanın baş naziri Casinda Aderin etirazçılarla görüşməyib və deyib ki, onlar əhalinin çox hissəsini təşkil etmir.

Aytən Əzimova
AzVision.az



Teqlər: Yeni-Zelandiya   Aksiya  



Xəbər lenti