"Əfqanıstanda 8 milyon insan aclıqdan əziyyət çəkir" - BBC

"Əfqanıstanda 8 milyon insan aclıqdan əziyyət çəkir" -    BBC
  08 Fevral 2022    Oxunub:1497
“Əfqanıstanın iqtisadiyyatı tənəzzülə uğrayıb, ölkədə 8 milyona yaxın əhali aclıqdan əziyyət çəkir”.
AzVision.az xəbər verir ki, bu barədə “BBC”nin hazırladığı viseoreportajda deyilir.

Qeyd olunub ki, Əfqanıstanın yeni sahibləri terrorla əlaqələri və illərlə insan haqları pozuntularına görə beynəlxalq təcridlə üzləşirlər: "İndi isə göstərilən yardımların əhaliyə çatdırılması üçün Qərbin Əfqanıstan liderlərinə yanaşmasını dəyişib dəyişməyəcəyi sual altındadır".

Qeyd edək ki, ötən ilin avqustunda Əfqanıstanda "Taliban" hərəkatı hakimiyyəti ələ keçirib. Daha sonra "Taliban" müvəqqəti hökumət yaradıb.

Aytən Əzimova
AzVision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti