Məlum olub ki, hadisənin günahkarı beşinci nəsil təyyarələrin ilk qadın pilotu, podpolkovnik Kristin Mau imiş. O, 100 milyon dollardan çox qiyməti olan təyyarəni “Karl Uilson” aviadaşıyıcısının göyərtəsinə endirəndə səhvə yol verib. Dispetçerin işarələrinə baxmayaraq, qadın pilot ikinci dövrə üçün qalxmayıb, nəticədə göyərtəyə düşən təyyarə alışıb, alov içində sürüşərək, dənizə yuvarlanıb.

Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Kristinin özü katapultla kabinəni tərk edib.
Hazırda Pentaqonun əsas qayğısı məxfi texnologiyalarla dolu təyyarəni Çin gəmilərinin dolaşdığı dənizin dibindən necə qaldırmaqdır.

Qeyd edək ki, Kristin Mau indiyə qədər 16 il ərzində ikiyerlik “F-15E Strike Eagle” qırıcısını idarə edib.
Samir Quliyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


