Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu ötdü
  09 Fevral 2022    Oxunub:1104
Dünyada aşkar edilən koronavirusa yoluxma hallarının sayı 400 milyonu ötüb.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Belə ki, dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 400 244 031-ə çatıb. Pandemiya ərzində 5 761 208 xəstə koronavisurdan ölüb.

Koronavirusa 20 milyondan çox yoluxmanın aşkarlandığı ölkələrin siyahısında ilk üçlükdə ABŞ, Hindistan və Braziliya qərarlaşıb.

AzVision.az




Teqlər: Koronavirus  





Xəbər lenti