Maskın şirkəti orbitə buraxılan 40-a qədər peyki itirəcək

Maskın şirkəti orbitə buraxılan 40-a qədər peyki itirəcək
  09 Fevral 2022    Oxunub:1057
Fevralın əvvəlində baş verən maqnit qasırğası iş adamı İlon Maskın fevralın 3-də kosmosa buraxılmış 40-a yaxın "Starlink" peykinin orbitə çıxmasına mane olub.
AzVision.az xəbər verir ki, bu barədə “SpaceX” saytı məlumat yayıb.

Bildirilib ki, fevralın 3-də Yer kürəsində zəif G1 maqnit qasırğası başlayıb. Buna yanvarın 30-da Günəşdə baş verən orta güclü uzunmüddətli - M sinifli partlayış səbəb olub. Bu hadisə dörd saatdan çox davam edib və Yerə doğru yönəlmiş koronal kütlənin atılması ilə müşayiət olunub.

"40-a qədər peyk orbitdən enəcək və ya artıq enib", - şirkətin açıqlamasında vurğulanıb.

Qeyd olunub ki, maqnit qasırğaları atmosferi qızdıraraq onun sıxlığını artırır. Əvvəlki buraxılışlarla müqayisədə atmosferə qarşı müqavimət 50% artıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti