"Azərbaycan Aİ ölkələrinin qaz təchizatında yeni mərhələyə qədəm qoyub"

 "Azərbaycan Aİ ölkələrinin qaz təchizatında yeni mərhələyə qədəm qoyub"
  09 Fevral 2022    Oxunub:1331
Azərbaycan və Moldova arasında əlaqələrin inkişafı istiqamətdə bu gün həmkarımla çox səmərəli müzakirələr apardıq. Azərbaycan Moldava 30 il ərzində uğurlu inkişaf yolu qət edib. Bu, münasibətlərimizin inkişafına zəmin yaradıb".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, iki ölkə arasında kənd təsərrfüatı, telekommunikasiya və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Nazirin sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ölkələrinin qaz təchizatında yeni mərhələyə qədəm qoyub: "Ötən həftə Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının iclası oldu. Bu istiqamətdə də fikir mübadiləsi aparıldı. Həmçinin parlamentlər iki ölkə arasında parlamentlərarası əlaqələrin inkiaf etdirilməsi məsələsi də müzakirə olundu. Eyni zamanda Azərbaycan və Moldova beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. Ölkələrimiz bir-birimizin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığına dəstək veririk".

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Moldova  



Xəbər lenti