Jirinovski yoluxub, vəziyyəti ağırdır

 Jirinovski yoluxub,  vəziyyəti ağırdır
  09 Fevral 2022    Oxunub:3839
Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski ağır vəziyyətdə xəstəxanaya yatırılıb. Rusiya KİV-də yayılan xəbərlərə görə, onun ağ ciyərlərində ikitərəfli pnevmoniya və 75%-lik zədələnmə var.
“Omikron”a yoluxduğu güman edilən 75 yaşlı siyasətçinin vəziyyəti kritik qiymətləndirilir. Onu süni nəfəs aparatına qoşublar.

LDPR-in yaydığı məlumatda partiya sədrinin vəziyyətinin yaxşı olduğu deyilirdi. Ancaq bu, yalan çıxdı.

Qeyd edək ki, Jirinovski özünün dediyinə görə, 8 dəfə peyvənd olunub.

Samir Quliyev
AzVision.az


Teqlər: Jirinovski  



Xəbər lenti