Ermənistanda iki həftəyə yoluxma sayı 437% artıb

Ermənistanda iki həftəyə yoluxma sayı    437%    artıb
  09 Fevral 2022    Oxunub:1527
Ermənistanda son iki həftə ərzində koronavirusa yoluxanların sayı 437% artıb.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin qeyri-infeksion xəstəliklərin profilaktikası şöbəsinin müdiri Romella Abovyan deyib.

Onun sözlərinə görə, qeyd olunan dövrdə virusun çoxalma indeksi 1,1 təşkil edib.

- Son 14 gündə 3-5 yaşlı uşaqlar arasında yoluxma hallarının sayı 7,3 ​​dəfə, 6-17 yaşlı uşaqlar arasında 4 dəfə, 18-23 yaşlı uşaqlar arasında isə 5,3 dəfə artıb, - Səhiyyə Nazirliyinin mütəxəssisi bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti