ATƏT sədri Rusiyaya səfər edəcək

ATƏT sədri Rusiyaya səfər edəcək
  09 Fevral 2022    Oxunub:1258
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau gələn həftə Moskvaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Yasina jurnalistlərə deyib.

Onun sözlərinə görə, səfər fevralın 14-də başlayacaq: "Moskvaya səfər bazar ertəsi axşam başlayacaq. ATƏT sədri əsas görüşlərini çərşənbə axşamı keçirəcək".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ATƏT-Sədri  



Xəbər lenti