Ərdoğandan Azərbaycana nurçularla bağlı çağırış - VİDEO
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısında Azərbaycana səfəri, eləcə də Bakıda müzakirə etdiyi məsələlərlə bağlı açıqlama verib.
Baş nazir Bakı səfəri zamanı Gülən camaatı ilə bağlı problemlərin müzakirə edildiyini gizlətməyib.
Bakıda nurçuların fəaliyyətini müzakirə etdiyini deyən Ərdoğan hərəkatın insanları aldadaraq qanunsuz pul yığımlarına icazə verməyəcəyini diqqətə çatdırıb.
Ərdoğan vətəndaşlara səslənərək hərəkata dəstək olmamağa çağırıb.
“Sizdən qanunsuz yerə vergi toplanmasına icazə verməyin”.
AzVision.az-ın təqdim etdiyi videonun ilk dəqiqələrində Ərdoğan bununla bağlı danışıb:
AzVision.az