“Ermənistan 108 cəsədin qalıqlarını Azərbaycana təhvil verib”

 “Ermənistan 108 cəsədin qalıqlarını Azərbaycana təhvil verib”
  09 Fevral 2022    Oxunub:2039
Ermənistan son bir ildə Birinci Qarabağ Müharibəsindən itkin düşmüş hesab edilən 108 nəfərin meyitini Azərbaycan tərəfinə təhvil verib. AzVision.az “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan yaxın günlərdə daha iki cəsədi Azərbaycana təhvil verməyə hazırlaşır.

"Ümid edirik ki, təkcə birinci deyil, həm də 44 günlük müharibə zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün əməkdaşlıq edə biləcəyik”, - deyə o bildirib.

AzVision.az


Teqlər: Paşinyan  



Xəbər lenti