"Azərbaycanla dəmir yolu əlaqəsini açmağa hazırıq" - Paşinyan

"Azərbaycanla dəmir yolu əlaqəsini açmağa hazırıq" -    Paşinyan
  09 Fevral 2022    Oxunub:1350
"Ermənistan Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsini açmağa hazırdır".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

“Brüssel və Soçi görüşlərindən sonra biz yol marşrutlarının tikintisi və bərpası ilə bağlı təkliflər hazırlayıb Azərbaycan, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik və Azərbaycandan müsbət cavab aldıqdan sonra bu prosesi həyata keçirməyə hazırıq”, - Paşinyan söyləyib.

Hökumət başçısı qeyd edib ki, dəmir yolu ölkələrin qanunları və suverenliyi çərçivəsində beynəlxalq qaydalara uyğun fəaliyyət göstərməli, dəmir yollarının birləşdirilməsi üçün parametrlərin razılaşdırılması zəruridir.

“Əslində, bu, beynəlxalq yükdaşıma vasitəsinə çevriləcək və ona görə də sənədin mümkün qədər tez bir zamanda imzalanması gərəkdir, - Paşinyan vurğulayıb.

AzVision.az



Teqlər: Nikol-Paşinyan  





Xəbər lenti