"Bu il pandemiyanın sonunu görə bilərik" - Baş katib

"Bu il pandemiyanın sonunu görə bilərik" -    Baş katib
  09 Fevral 2022    Oxunub:2392
"Peyvəndlərin ölkələr arasında qeyri-bərabər paylanması dövrümüzün ən böyük səhvidir, lakin qüvvələri birləşdirərək COVID-19 pandemiyasına son qoya bilərik".
AzVision.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş deyib.

Quterreşin sözlərinə görə, bütün ölkələrin səylərinin birləşdirilməsi bu il COVID-19 pandemiyasına qalib gəlməyə kömək edəcək.

"Biz pandemiyanın sonunu bu ilin əvvəlində görə bilərik. İqtisadiyyatı yoluna qaytara və dayanıqlı inkişaf hədəflərini xilas edə bilərik, lakin indi hərəkətə keçməliyik", - Baş katibi qeyd edib.

AzVision.az



Teqlər: BMT   Pandemiya  



Xəbər lenti