Baydenlə Makron arasında telefon danışığı olub

 Baydenlə Makron arasında telefon danışığı olub
  09 Fevral 2022    Oxunub:2053
ABŞ və Fransa prezidentləri Co Baydenlə Emmanuel Makron arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki deyib.

"Prezident bu gün səhər saatlarında Makronla telefonla danışdı. O, bildiyiniz kimi, Almaniya kansleri Olaf Şoltsı qəbul edib. Baydenin bu həftə digər avropalı həmkarları ilə də danışacağı gözlənilir”, - Psaki brifinqdə bildirib.

O qeyd edib ki, Vaşinqton hələ də Fransa liderinin Rusiya prezidenti Vladimir Putinlə Moskva görüşünün nə dərəcədə uğurlu keçdiyini qiymətləndirə bilmir: "Bizim diqqət etdiyimiz məqam görüşün nəticələri ilə bağlı hesabatlar deyil, Rusiyanın gərginliyi azaltmaq üçün addımlar atıb-atmamasıdır. Rusiya bunu etmir".

Xatırladaq ki, Makron bu həftə Ukrayna və Rusiyada səfərdə olub.

AzVision.az



Teqlər: Bayden   Makron  



Xəbər lenti