Polşada pandemiya ilə bağlı məhdudiyyətlər yumşaldılır
Səhiyyə naziri Adam Nedzelski bildirib ki, Şengen məkanından Polşaya səfər edən, tam peyvənd olunmamış və ya xəstəlikdən sağalmış şəxslər ölkəyə daxil olarkən karantində qalmalı olmayacaqlar. Orta ümumtəhsil məktəblərinin V sinifdən yuxarı şagirdləri üçün fevralın sonunadək nəzərdə tutulan distant təhsilin müddəti fevralın 21-dək qısaldılıb.
Nazir deyib ki, ölkədə pandemiyanın beşinci dalğasının pik həddi artıq arxada qalıb, yoluxma hallarının azalması sabit tendensiyadan xəbər verir. Onun sözlərinə görə, martda bir sıra digər məhdudiyyətlər də aradan qaldırıla bilər.
Qeyd edək ki, Polşada gündəlik yoluxmaların sayı təxminən 45 min nəfərdir.
AzVision.az
Teqlər: Polşa







Vaxtında, Aydın, Lazımlı!


