İrəvanda atışma olub

İrəvanda atışma olub
  09 Fevral 2022    Oxunub:1643
Ermənistanın paytaxtı İrəvanda atışma olub.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yaylb.

Bildirilir ki, hadisə zamanı 47 yaşlı kişi xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Polis əməkdaşları zərərçəkənin İrəvan sakini Vardan Gevorkyan olduğunu müəyyən ediblər.

Qeyd edilir ki, yaralı “Kodo” kimi tanınan Arman Gevorqyanın qardaşıdır. O, həm də kriminal aləmdə məşhur olan, bu yaxınlarda “xoşməramlı səfir” adına layiq görülmüş Artyom Arutyunovun (Artyom Kanevski) dostudur.

AzVision.az



Teqlər: Ermənistan   Atışma  



Xəbər lenti