Lavrov Trassla danışıqları lalla karın söhbətinə bənzədib

Lavrov Trassla danışıqları lalla karın söhbətinə bənzədib
  10 Fevral 2022    Oxunub:1962
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyadan olan həmkarı Liz Trassla Ukrayna ilə bağlı danışıqlarını lalla karın söhbəti kimi xarakterizə edib.
AzVision.az xəbər verir ki, bu barədə Lavrov Trassla bərabər mətbuat konfransında deyib.

“Bu gün biz bu barədə ətraflı danışdıq. Düzünü desəm,danışıqların lal ilə karın söhbəti kimi alınmasından məyus oldum. Deyəsən dinləyirik, amma eşitmirik. Ən azı, bizim təfərrüatlı izahatlarımız hazırlıqsız zəminə düşdü”, - Lavrov bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Lavrov   Trass  



Xəbər lenti