Ermənilər Avropa İttifaqına etiraz edirlər- CANLI

  Ermənilər Avropa İttifaqına etiraz edirlər-    CANLI
  10 Fevral 2022    Oxunub:2191
Ermənistanda hüquq müdafiəçiləri və müxalifətçilər Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
- Onlar beynəlxalq və Avropa strukturlarından ölkəmizdə baş verənlərə müvafiq reaksiya tələb edirlər. “Legal Way” Qeyri Hökumət Təşkilatının həmtəsisçisi, hüquq müdafiəçisi Ruben Melikyan jurnalistlərə müsahibəsində deyib ki, müvafiq beynəlxalq strukturların susqunluq nümayiş etdirməsi Ermənistanda demokratiyaya və demokratik institutların formalaşmasına mənfi təsir göstərir.

"İnamlı addımlarla diktaturaya doğru irəliləyirik"- Erməni deputat
Onun sözlərinə görə, Avropa strukturlarının ölkəmizdə baş verən hadisələrə tam şəkildə susması hakimiyyətə kömək edir. Bu susqunluq söz və media azadlığı, məhkəmə sistemi, icbari tibbi sığorta və bir sıra digər sahələrində yaranan repressiyaların yaranmasının əsas səbəblərindəndir,-məqalədə yazılıb.

Melkonyan beynəlxalq strukturların antidemokratik proseslər fonunda baş verən hadisələrə qara eynəklə baxmasını dönə-dönə tənqid edib.

- Bu o deməkdir ki, hazırki nümayəndəlik Avropa dəyərlərinin yayılması ilə deyil, indiki hakimiyyətin PR-ı ilə məşğuldur. Tamamilə mümkündür ki, Aİ nümayəndələri hakimiyyətdən müəyyən siyasi gözləntiləri olduğu üçün susqundurlar. Bir neçə gün əvvəl üç müharibənin iştirakçısı olmuş komandir Aşot Minasyanı azadlığa buraxan hakimi qanuna tamamilə uyğun olmayan şəraitdə həbs etdikdə səbr kasası dolub-daşırdı. Bundan dərhal sonra Ermənistan tarixində heç vaxt tətbiq olunmayan maddə ilə cinayət işi başlandı. Bizim Ermənistan səlahiyyətlilərinə başqa sözümüz yoxdur. Əminəm ki, bütün bunlarda Aİ nümayəndə heyəti, şəxsən səfir günahkardır və burada baş verənlər barədə aidiyyəti ölkələri lazımınca məlumatlandırmır,-hüquq müdafiəçisi Ruben Melikyan Boris Baxşiyanın həbsi ilə bağlı deyib.



Hüquq müdafiəçisi bu iddiasına nümunə olaraq Ermənistanın Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Boris Baxşiyanın həbsini göstərib. Melikyan bu qərarı biabırçı və qanunsuz adlandırıb.

Qeyd edək ki, aksiya zamanı beynəlxalq təşkilatı tənqid edən hüquq müdafiəçiləri nüfuzlu qurumun səfirini kar, kor, lal olduğunu göstərən meymun fotosu ilə də eyniləşdiriblər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  



Xəbər lenti