"NATO açıq qapı siyasətini qurban verə bilməz" - Trass

"NATO açıq qapı siyasətini qurban verə bilməz" -    Trass
  10 Fevral 2022    Oxunub:1882
“Böyük Britaniya NATO-nun “açıq qapı” siyasətini qurban verə bilməz”.
AzVision.az xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Trass Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

"Biz, xüsusilə NATO ilə danışıqlarda irəliləyiş əldə etmək üçün Rusiya ilə işləməliyik. Lakin buna Ukraynanın ərazi bütövlüyü və suverenliyi bahasına nail ola bilmərik. Buna görə NATO-nun açıq qapı siyasətini də qurban verə bilmərik", - o əlavə edib.

Xatırladaq ki, Britaniyanın XİN rəhbəri dünən axşam Rusiyaya səfər edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO   Liz-Trass  



Xəbər lenti