COVID-19 ürək xəstəlikləri riskini artırıb

COVID-19 ürək xəstəlikləri riskini artırıb
  10 Fevral 2022    Oxunub:1396
Koronavirus infeksiyasına yoluxma ürək xəstəlikləri riskini artırır. Virusdan sağalan insanlar kəskin ürək xəstəlikləri lə üzləşirlər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Veteranlar İşləri departamentinin apardığı tədqiqat zamanı məlum olub.

Tədqiqatçılar virusa yoluxmuş 5,6 milyon və pandemiyadan əvvəl məlumatları toplanmış 5,9 milyon insanda ürək-damar problemləri nisbətini müqayisə ediblər.

Məlum olub ki, COVİD-19-dan sağaldıqdan bir il sonra insanlarda infarkt riski 63%, ürək ritminin pozulması riski 69%, insult riski 52% artıb. Hesabata görə, digər iki qrupla müqayisədə ürək çatışmazlığı riski 72%, ağciyərlərdə potensial ölümcül qan laxtalanması riski təxminən 3 dəfə yüksəlib.

Aytən Əzimova
AzVision.az



Teqlər: Koronavirus  



Xəbər lenti