Putinlə Tokayevin görüşü başa çatıb

Putinlə Tokayevin görüşü başa çatıb
  10 Fevral 2022    Oxunub:1130
Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş başa çatıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, təkbətək görüş 3,5 saat çəkib.

Görüşdən sonra mətbuat konfransında Putin ölkəsinin Qazaxıstana iqtisadi və hərbi dəstəyini davam etdirəcəyini vurğulayıb.

Putinlə danışıqları zəngin və maraqlı adlandıran Tokayev isə ikitərəfli münasibətlərin daha da sıxlaşdırılması barədə razılıq əldə etdiklərini söyləyib.

AzVision.az



Teqlər: Rusiya   Qazaxıstan  



Xəbər lenti