"3+3" iclasının keçirilməsi üçün müraciətlər daxil olur" - Rusiya XİN

"3+3" iclasının keçirilməsi üçün müraciətlər daxil olur" -    Rusiya XİN
  10 Fevral 2022    Oxunub:1596
"2021-ci il dekabrın 10-da təşkil olunan "3+3" konsultativ regional platformanın təsis iclasını uğurlu hesab edirəm. Biz görüşün yekunlarına əsasən tərəfdaşlarla şərtləşdik ki, formatın fəaliyyətini qarşılıqlı maraq doğuran və regionda etimad tədbirlərinin gücləndirilməsinə yönəldilən məsələlər üzərində cəmləşdirək".
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "TASS"a müsahibəsində deyib. O qeyd edib ki, ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırışlara və təhdidlərə müqavimət həmin məsələlər sırasındadır:

"Tərəflər iclasları müntəzəm əsasda ildə azı 2 dəfə keçirməyi qərara alıblar. Növbəti tədbirin keçirilməsi üçün artıq bir neçə ölkədən müraciətlər daxil olub.

Gürcüstana gəlincə, bütün iştirakçılar onun “3+3” formatına birləşəcəyinə ümidvar olduqlarını ifadə ediblər. Tbilisi üçün qapı açıq qoyulur. Vacibdir ki, regional işlər Cənubi Qafqazın bütün ölkələrinin iştirakı ilə müzakirə olunsun", - deyə Rusiya XİN rəhəbrinin müavini qeyd edib.

AzVision.az



Teqlər: Rusiya   XİN  



Xəbər lenti