Ermənistanın iki məşhur media orqanı fəaliyyətini dayandırır

Ermənistanın iki məşhur media orqanı fəaliyyətini dayandırır
  10 Fevral 2022    Oxunub:2245
Ermənistanın “Karyak Media” şirkətinə daxil olan ArmNews telekanalı, ArmNews FM radiosu və Tert.am nəşri fəaliyyətini dayandırır.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin qurucularından biri Samvel Farmanyan məlumat yayıb. Onun sözlərinə görə, uzun müddət fəaliyyətlərini necə davam etdirəcəkləri ilə bağlı suallar yaranmışdı:

"Bu müddət ərzində siyasi qüvvələrdən müxtəlif əməkdaşlıq təkliflər aldıq. Biz həmçinin satış üçün bir neçə variantı müzakirə etdik, lakin siyasətimizi davam etdirməyə və getdiyimiz yola sadiq qalmağa imkan verəcək variantları tapmadıq. Ona görə də ən təbii qərarı verdik. Ümumi neytrallıq, ictimai apatiya, siyasi oyunçuların passivliyi bizə başqa seçim qoymadı".

AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti