Milli Qoşulmama Hərəkatı Modeli simulyasiya olunub - FOTOLAR
Tədbir Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun nitqi ilə başlayıb. Nazir çıxışında Azərbaycanın Hərəkata sədrliyi çərçivəsində həyata keçirilən təşəbbüs və layihələrdən, o cümlədən ötən ilin oktyabr ayında Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis edilməsi və Azərbaycan sədrliyinin Hərəkata verdiyi mühüm töhfələrdən bəhs edib.
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə davam edən açılış mərasimi Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin çıxışları ilə davam edib. Mərasimin sonunda Gənclər Şəbəkəsi tərəfindən hazırlanmış Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilən videoçarx nümayiş olunub.
Ümumilikdə 3 gün davam edəcək Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransında Qoşulmama Hərəkatının fövqəladə nazirlər iclasının simulyasiyası həyata keçiriləcək. İştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər naziri rollarını icra edərək iqlim dəyişikliyi və onun yaratdığı problemlərə həll yolunun tapılması istiqamətində müzakirələr aparacaqlar.
Teqlər: Qoşulmama-Hərəkatı