Putinlə Makron niyə böyük masa ətrafında əyləşib? Səbəb açıqlandı

 Putinlə Makron niyə böyük masa ətrafında əyləşib?  Səbəb açıqlandı
  11 Fevral 2022    Oxunub:4082
Fransa prezidenti Emmanuel Makronla Rusiya prezidenti Vladimir Putin arasında masanın böyük olmasına səbəb Fransa liderinin Moskvada koronavirus üçün PCR testi verməməsi olub. AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayındakı anonim mənbə iddia edib.
Belə ki, Fransa prezidenti seçim qarşısında qalıb: ya o, Rusiyada PCR testi verməklə razılaşır və Putinə yaxınlaşmağa icazə verilir, ya da imtina etməklə sosial məsafəni saxlayır. Mənbə testdən imtinanın səbəbini də izah edib: “Biz anlayırdıq ki, testdən imtina əl sıxışmamaq və bu uzun masa idi. Amma biz prezidentin DNT-sinin onların əlinə keçməsinə icazə verə bilməzdik”.

AzVision.az


Teqlər: Putin   Rusiya  



Xəbər lenti