Britaniya parlamenti Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

Britaniya parlamenti Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
  10 Fevral 2022    Oxunub:1354
Böyük Britaniya parlamenti Rusiya Sanksiyaları Aktına daha geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verən düzəlişləri təsdiqləyib.
AzVision.az xəbər verir ki, düzəlişlər artıq qüvvəyə minib.

Rusiyaya qarşı əvvəlki sanksiya rejimi Britaniya hökumətinə yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.

İndi bu sənəd genişləndiyindən Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr və şəxslər məhdudiyyətlərə üzləşə bilər.

AzVision.az


Teqlər: Britaniya   Rusiya  



Xəbər lenti