Əfqanıstanda məsciddə partlayış, ölənlər var

Əfqanıstanda məsciddə partlayış,    ölənlər var
  11 Fevral 2022    Oxunub:1926
Əfqanıstanın şimal-qərbindəki Badqis əyalətində məscidin yaxınlığında partlayış baş verib.
AzVision.az xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən "TOLONews" məlumat yayıb.

Qeyd olunub ki, partlayış əyalətin paytaxtı Kalay-Nau şəhərində dindarlar məsciddən çıxarkən baş verib.

Hadisə nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

Ölkədə hakimiyyətdə olan "Taliban" hərəkatı partlayış faktını təsdiqləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Əfqanıstan   Partlayış  



Xəbər lenti