"Azərbaycanla əlaqəli hadisələr müsbət istiqamətdə davam edir" - Ərdoğan

   "Azərbaycanla əlaqəli hadisələr müsbət istiqamətdə davam edir" -    Ərdoğan
  11 Fevral 2022    Oxunub:2307
"Azərbaycanla əlaqəli hadisələr müsbət istiqamətdə davam edir. Bu, bizi sevindirir”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Rusiya-Ukrayna arasındakı gərginlik diqqətimizdədir. Əlbəttə, dünyadan qopuq siyasi liderlik olmaz. Dünyanı - həm Avropanı, həm də Amerikanı yaxından izləyirik. Həmçinin Liviyada baş verənlər də diqqətimizdədir”, - o bildirib.

Qeyd edək ki, fevralın 5-də Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu. Türkiyə Prezidentinin ötən gün verdiyi test mənfi çıxıb. O, bu gündən özünütəcriddən çıxıb.

AzVision.az



Teqlər: Ərdoğan  



Xəbər lenti