Xarici İşlər Nazirliyində Kollegiya iclası keçirilib

Xarici İşlər Nazirliyində Kollegiya iclası keçirilib
  11 Fevral 2022    Oxunub:1728
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
XİN-dən AzVision.az -a verilən məlmata görə, iclasda kollegiya üzvləri xarici işlər nazirinin müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

İclasda Azərbaycanın xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkili, beynəlxalq təşkilatlar ilə əlaqələr, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə edilib.

AzVision.az



Teqlər: XİN  



Xəbər lenti