ADNA hicablılara güzəştə getdi
Prorektor universitetin daxili nizam-intizam qaydalarına görə hicablı və saqqallı tələbələrin dərsə buraxılmasına icazə olmasa da, ümumi narazılığı nəzərə alaraq onların dərsə buraxılmasına icazə verildiyini deyib: “Sadəcə onları təbliğat yolu ilə başa salmağa çalışırıq ki, tələbə bir-birindən seçilməməli və auditoriyada eyni fikirdə olmalıdır. Biz onların dini etiqadına toxunmuruq. Harada namaz qılmaları və ya ibadət etmələrinin məsələyə aidiyyəti yoxdur. Sadəcə ola bilər ki, gələcəkdə ali məktəblərin vahid geyim forması olsun. Onlar bu barədə indidən düşünməlidirlər. Vaxtilə Azərbaycan Dövlət Neft Akademiyası yarananda özünün vahid forması olub. Ola bilsin, orta məktəblərdə olduğu kimi ali məktəbdə də ümumi geyim forması tətbiq ediləcək”.
Teqlər: