Bayden Əfqanıstanın ABŞ banklarındakı aktivlərini dondurdu

   Bayden Əfqanıstanın ABŞ banklarındakı aktivlərini dondurdu
  11 Fevral 2022    Oxunub:1277
ABŞ prezidenti Co Bayden Əfqanıstan Mərkəzi Bankının ABŞ banklarında saxlanılan 7 milyard dollarlıq aktivlərinin bloklanmasına dair fərman imzalayıb. AzVision.az xəbər verir ki, bu barədə cümə günü Ağ Ev məlumat yayıb.
Açıqlanan məlumata görə, Amerika banklarının hesablarında saxlanılan əfqan aktivləri Nyu-York Federal Ehtiyat Bankında vahid xüsusi trast fonduna köçürüləcək.

Bu vəsaitin yarısının müvafiq məhkəmə qərarından sonra gələcəkdə əfqan xalqının humanitar ehtiyaclarını ödəmək üçün istifadə olunacağı güman edilir.

Eyni zamanda, yerdə qalan 3,5 milyard dollar ABŞ-da qalacaq və 2001-ci il 11 sentyabr hücumları da daxil olmaqla, terror aktları qurbanlarının ailələrinə kompensasiyaların ödənilməsinə yönəldiləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: CoBayden  



Xəbər lenti