Ukrayna Rusiyaya 48 saat vaxt verdi

   Ukrayna Rusiyaya 48 saat vaxt verdi
  11 Fevral 2022    Oxunub:4785
Ukrayna rəsmi olaraq Rusiyadan sərhədləri yaxınlığında hərbi fəaliyyətə aydınlıq gətirməsini istəyib.AzVision.az“Forbes”ə istinadən xəbər verir ki, rəsmi Kiyev 48 saat ərzində cavab tələb edir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Tvitter hesabında bildirib ki, Ukrayna Rusiyadan sərhəd bölgələrində və Krımda hərbi fəaliyyətlə bağlı ətraflı açıqlamalar istəyib.
Onun sözlərinə görə, Ukrayna Vyana Sənədinin III bölməsində nəzərdə tutulan risklərin azaldılması mexanizmini rəsmən tətbiq edib.

“Vyana sənədinin müddəalarına əsasən, Rusiya hərbi fəaliyyətin aparılması üçün dəqiq əraziləri təqdim etməli, onun başa çatma tarixini, habelə hərbi birləşmələrin adını, tabeliyini, sayını, ona cəlb olunan silah və hərbi texnikanın növlərini bildirməlidir”, - deyə nazir əlavə edib.

Kuleba bildirib ki, Ukrayna Rusiyaya cavab vermək üçün 48 saat vaxt verir. Əgər o, bunu etməsə və ya “qeyri-kafi və ya uyğun olmayan” məlumat təqdim edərsə, Kiyev təcili iclas çağırmaq üçün Vyana Sənədinin digər ölkələrinə müraciət edəcək, bu zaman Moskva aydınlıq gətirməli olacaq”, - Ukrayna rəsmisi izah edib.

“Biz Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bütün diplomatik imkanlardan istifadə etməyə davam edəcəyik”, - deyə o, yekunlaşdırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti