"Bayden Putinlə danışmaq istəyir" - Ceyk Sallivan

   "Bayden Putinlə danışmaq istəyir" -    Ceyk Sallivan
  11 Fevral 2022    Oxunub:3076
"ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmaq istəyir". AzVision.az xəbər verir ki, bunu cümə günü Ağ Evdə keçirilən brifinqdə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Oun sözlərinə görə , Ağ Ev hazırda heç bir konkret tarix elan edə bilmir.

"Mən prezident Baydenin prezident Putinlə telefon danışığını gözləyərdim. Amma bu barədə sizə indi bildirəcəyim heç nə yoxdur", - o deyib.

C. Sallivanın sözlərinə görə, Bayden Aİ və NATO-dakı müttəfiqləri ilə video zəng zamanı Ukrayna üzrə koordinasiyanı müzakirə edib.

"Prezident bu böhrana yanaşmamızı koordinasiya etmək üçün bu gün əsas müttəfiqləri və tərəfdaşları ilə özəl video zəng edib. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, NATO-nun baş katibi və Aİ prezidenti iştirak edib", - Sullivan deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti