"İsveç NATO-ya üzv olmayacaq" - Dövlət katibi

"İsveç NATO-ya üzv olmayacaq" -    Dövlət katibi
  12 Fevral 2022    Oxunub:2229
"Ukrayna ətrafında vəziyyətin gərginləşməsi İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyini dəyişməyib. Rəsmi Stokholm NATO-ya üzv olmaq niyyətində deyil".
AzVision.az xəbər verir ki, bunu İsveçin dövlət katibi Karin Vallensten deyib.
katibi Karin Vallensten bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdə stabillik həddindən artıq vacibdir. Vallensten ildirib ki, ölkəsi artıq təhlükəsizlik siyasəti ilə bağlı yekdil qərar qəbul edib.

"Bizim təhlükəsizlik siyasətimiz dəyişməzdir - İsveç NATO-nun yaxşı, güclü tərəfdaşı olmaq istəyiri. Lakin Alyansa qoşulmaq planımız yoxdur”, - o “Politico” nəşrinə bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İsveç   NATO  



Xəbər lenti