Rusiyalı diplomatlar Ukraynanı tərk etməyə başlayıblar
“Ukrayna vətəndaşlarının sözlərinə görə, Ukraynadakı rusiyalı diplomatlar və konsulluq əməkdaşları ölkələrinə qayıtmağa başlayıblar. Bunu xüsusilə konsulluqlar və səfirliklədə qəbula yazılan zaman görmək olar”, - mənbə bildirib.
Qeyd olunub ki, bir sıra Qərb ölkələrinin rəsmən elan etdiyi evakuasiya fonunda bu, Moskvanın eyni yolla getməyə qərar verdiyini deməyə əsas verir.
Yeri gəlmişkən, Rusiya xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Liz Trassla danışıqlardan sonra keçirilən mətbuat konfransında belə bir ssenarinin mümkünlüyünə eyham vurub.
Lavrov etiraf edib ki, Rusiya diplomatik qurumların bəzi işçilərininmüvəqqəti təxliyəsi barədə qərar verə bilər.
Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Almaniya, Avstraliya, Yeni Zelandiya, Kanada Rusiyanın mümkün hücumuna görə öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.
Qərb Rusiyanı Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək planlarında ittiham edir. Moskva isə bunu qəti şəkildə inkar edir və bütün bu kimi bəyanatlardan Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu bildirir.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Rusiya Ukrayna Evakuasiya







Vaxtında, Aydın, Lazımlı!


