Türkmənistanda erkən prezident seçkiləri keçiriləcək

Türkmənistanda erkən prezident seçkiləri keçiriləcək
  12 Fevral 2022    Oxunub:1025
Türkmənistanda növbədənkənar prezident seçkiləri martın 12-də keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bir gün əvvəl prezident Qurbanqulu Berdıməhəmmədov parlamentin yuxarı palatasının iclasında öz yerini gənc rəhbərə vermək qərarına gəldiyini deyib.

Prezidentin sözlərinə görə, bu, onun üçün asan olmayıb. Dövlət başçısı qeyd edib ki, iki il əvvəl peyğəmbər yaşına (63 yaş) çatıb.

Berdıməhəmmədov 2007-ci ildən Türkmənistanın prezidentidir.

Xatırladaq ki, Türkmənistanda sonuncu prezident seçkiləri 2017-ci ildə baş tutub. Həmin seçkilərdə Berdıməhəmmədov səslərin 97,28 %-i toplayıb. Türkmənistanda prezident 7 il müddətinə seçilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkmənistan   Seçki  



Xəbər lenti