Tehran bazarında güclü yanğın olub

Tehran bazarında güclü yanğın olub
  12 Fevral 2022    Oxunub:1474
Bu gün səhər İranın paytaxtı Tehrandakı böyük bazarda yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə "IRIB" məlumat yayıb.

Yanğın nəticəsində bir çox mağazalar ziyan dəyib. Xəsarət alanlar barədə hələlik hər hansı məlumat yoxdur.

Xilasetmə xidməti yanğını lokallaşdırmağa müvəffəq olub. Hadisə yerində ən azı altı yanğınsöndürmə briqadası işləyir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Tehran   Yanğın  



Xəbər lenti