İrəvanın miqrasiya bataqlığı- 1 ilə 73 min erməni ölkəni birdəfəlik tərk edib

    İrəvanın miqrasiya bataqlığı-   1 ilə 73 min erməni ölkəni birdəfəlik tərk edib
  12 Fevral 2022    Oxunub:2546
Ermənistanda ciddi miqrasiya böhranı yaşanır. AzVision.az xəbər verir ki, bu barədə yerli media yazıb. Bildirilir ki, əvvəlki illərdə də miqrasiya böhranı müşahidə olunub, amma İkinci Qarabağ müharibəsindən sonra ölkəni birdəfəlik tərk edən sadə ermənilərin sayı xeyli artıb.
Məsələn, “Joğovurd” nəşri yazır ki, rəsmi məlumatlara görə, ötən il 73 571 vətəndaş ölkəni tərk edərək geri qayıtmayıb.

"2,5 milyon erməni ölkəni tərk edib"- Zurabyan
- Ümumilikdə ölkədən 762 min 792 nəfər gedib, onlardan 689 min 221-i geri qayıdıb. Qeyd edək ki, söhbət Ermənistan Respublikasının vətəndaşlarından gedir. Eyni zamanda, təkcə ötən ilin birinci yarısında 22 minə yaxın erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son 4 ilin mütləq rekordudur,-nəşr yazıb.

Məqalə müəllifi rəsmi statistikiya istinad edərək yazır ki, ötən il 161 minə yaxın Ermənistan vətəndaşı "Green card" üçün müraciət edib.

- İndi isə gəlin inqilabdan əvvəl və sonrakı dövrü müqayisə edək. Rəsmi məlumata görə, 2017-ci ildə 36,2 min insan Ermənistanı tərk edərək geri qayıtmayıb. Ötən il bu rəqəm 73,5 mindən çox olub. Elə "Green Card"la bağlı da oxşar vəziyyət yaranıb,-"Joğovurd" yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Miqrasiya   Ermənistan  



Xəbər lenti