"Qərb eyforiyaya düşməsəydi, Avropa təhlükəsiz olardı" - Peskov
Onun sözlərinə görə, Qərb bu eyforiyaya düşməsəydi, hər şey başqa cür ola bilərdi: “İndi Avropa - bizim ümumi evimiz daha sabit, daha təhlükəsiz olardı”, – Peskov əlavə edib.
Xatırladaq ki, Peskov bu açıqlamanı Putinin Münhen Təhlükəsizlik Konfransındakı məşhur çıxışının 15-ci ildönümündə edib. Həmin vaxt Rusiya lideri ABŞ-ın xarici siyasətini və birqütblü dünya nizamı ideyasını sərt şəkildə tənqid etmiş, NATO-nun genişləndirilməsi və Şərqi Avropada ABŞ-ın raketdən müdafiə sistemləri yerləşdirilməsi planlarına qarşı çıxmışdı.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Peskov







Vaxtında, Aydın, Lazımlı!


