Gürcüstanın Kiyevdəki səfirliyi fövqəladə vəziyyət rejiminə keçib

Gürcüstanın Kiyevdəki səfirliyi fövqəladə vəziyyət rejiminə keçib
  12 Fevral 2022    Oxunub:2097
Gürcüstanın Kiyevdəki səfirliyi, həmçinin Odessa və Donetskdəki baş konsulluqları fövqəladə vəziyyət rejiminə keçib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukraynada vəziyyətin mümkün gərginləşməsini nəzərə alaraq, Gürcüstanın Kiyevdəki səfirliyi, eləcə də Odessa və Donetsk şəhərlərindəki baş konsulluqları (iqamətgahı Kiyevdə olan) fövqəladə iş rejiminə keçib”, - açıqlamada deyilir.

XİN qeyd edib ki, Ukrayna ərazisində yaşayan Gürcüstan vətəndaşları üçün qaynar xətt fəaliyyət göstərir. Tbilisi öz vətəndaşlarını səfirliklə əlaqə saxlamağa çağırıb.

“Mövcud vəziyyətə əsasən, biz Gürcüstan vətəndaşlarını həm operativ məlumat almaq, həm də Ukrayna ərazisini tərk etmək barədə qərar qəbul olunarsa, maddi-texniki və informasiya dəstəyi üçün Gürcüstan səfirliyi ilə əlaqə saxlamağa çağırırıq”, - Xarici İşlər Nazirliyi əlavə edib. .

Bundan əvvəl Ukraynada səfirlikləri olan bəzi dövlətlər öz əməkdaşlarını təxliyəsini və ya belə bir ehtimalı nəzərdən keçirdiklərini bəyan ediblər. Eyni zamanda onlar Ukrayna ərazisində olan vətəndaşlarını ölkəni tərk etməyə çağırıblar. Bir sıra dövlətlərin bu cür hərəkətləri Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqələndirilir.

Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı iddialar səslənir. Rusiya tərəfi bu cür məlumatları boş və əsassız adlandırıb. Qeyd olunub ki, Rusiya heç kimə təhlükə yaratmır. Eyni zamanda, rəsmi Moskva belə bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü istisna etmir.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Gürcüstan   Səfirlik   Ukrayna  



Xəbər lenti